"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.
Qaynarinfo-nun məlumatına görə, Dublindəki "Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində "Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
Şelburn (İrlandiya) - Qarabağ (Azərbaycan) 0:3
Qollar: Leandro Andrade, 12. Aleksey Kaşçuk, 81. Nəriman Axundzadə, 85.
Şelburn: 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklnroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko.
Ehtiyat oyunçular: 13. V.Spil, 50. A.Topçu, 5. E.Çapman, 8. M.Koyle, 9. Ş.Boyd, 10. C.Martin, 15. S.Bon, 16. C.O'Sullivan, 17. D.Kelly, 18. C.Norris, 24. L.Temple, 49. R.Offor.
Baş məşqçi: Co O'Brayn.
Qarabağ: 97. Fabian Buntiç, 2. Mateus Silva, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Dani Bolt, 20. Kadi Borges, 27. Toral Bayramov, 35. Pedro Bikalyo, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev (q), 99. Mateuş Kochalski (q), 21. Aleksey Kaşçuk, 22. Musa Qurbanlı, 30. Ayxan Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bəhlul Hüseynov, 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: Ante Çulina (Xorvatiya).
Şərhlər