Xəbər lenti

SOCAR-ın vitse-prezidentləri bu bankın rəhbərliyinə təyin edildi
Ekonomiks 16:54 23.07.2025

SOCAR-ın vitse-prezidentləri bu bankın rəhbərliyinə təyin edildi

"Azər Türk Bank”ın (ATB) rəhbərliyində dəyişiklik olub.

APA-nın bankdan əldə etdiyi məlumata görə, Əfqan İsayev və Zaur Qurbanov bankın Müşahidə Şurasının üzvü təyin edilib. Ə.İsayev və Zaur Qurbanov bu vəzifələrdə Günel Nəbiyeva və Pərvin Manafovu əvəzləyib.

Qeyd edək ki, Əfqan İsayev və Zaur Qurbanov Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləridir. SOCAR 2024-cü ildə ATB-nin səhmlərinin böyük hissəsini əldə etdiyini açıqlayıb. Bankın rəhbərliyində dəyişiklik bu fonda baş verib.

Xatırladaq ki, "Azər Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə (SOCAR və ƏMDX), 12,37%-i "Ziraat Bank Azərbaycan”a , 1,08%-i " Ziraat Bank International”a, 6,55%-I "AzRe Reinsurance” təkrarsığorta şirkətinə və 5%-i "Qala Həyat” sığorta şirkətinə aiddir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->