Xəbər lenti

Nazir bu idarəyə rəis təyin etdi (FOTO)
Ölkə 16:39 23.07.2025

Nazir bu idarəyə rəis təyin etdi (FOTO)

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təyinat olub.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->