Xəbər lenti

İdman 08:59 23.07.2025

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ” Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində səfərdə İrlandiya "Şelburn”nu ilə ilk oyuna çıxacaq. 

Paytaxt Dublindəki matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. 

Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyunlar

22.45 Şelburn (İrlandiya) - Qarabağ (Azərbaycan)
Baş hakim: Ante Çulina (Xorvatiya).


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->