Xəbər lenti

Ölkə 22:00 30.04.2025

"Yurd Pharma"da yarım milyon manatdan çox pozuntu aşkarlandı

Azərbaycanda dərman (əczaçılıq) vasitələri və qida əlavələrinin idxalı və topdan satışı ilə məşğul "Yurd Pharma” Məhdud Məhsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu var. 

Qaynarinfo-nun məlumatına görə, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 653886.92 AZN vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən şirkətdə səyyar vergi yoxlaması zamanı ciddi pozuntular aşkarlanıb. Nəticədə "Yurd Pharma” MMC məsuliyyətə cəlbetmə qərarının nəticəsində 426132.21 manat əlavə vergi, 222858.75 manat maliyyə sanksiyası hesablanıb. 

Qeyd edək ki, nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Sərdar Xudiyev İbrahim oğludur. 

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->