Xəbər lenti

Şahzadə Harri və Meqan Markl krallıq titullarından nə zaman məhrum ediləcək?
Dünya 23:31 30.04.2025

Şahzadə Harri və Meqan Markl krallıq titullarından nə zaman məhrum ediləcək?

Şahzadə Uilyam tacqoyma mərasimindən sonra qardaşı şahzadə Harri və həyat yoldaşı Meqan Markl krallıq titullarından məhrum etməyə hazırlaşır.

Qayanrinfo xəbər verir ki, bu barədə "Daily Beast" kral ailəsindəki mənbələrə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Meqan Markl "Her Royal Highness" ("Zati-aliləri") titulundan şəxsi brendi olan "As Ever"in təbliğatında istifadə etməklə mərhum kraliça II Elizabetlə bağlanmış razılaşmanı pozur. Şahzadə Uilyam isə bu addımı qətiyyən bəyənmir.

"III Çarlz bəlkə də bu vəziyyətlə barışmağa hazırdır, lakin Uilyam qətiyyən deyil. O, Harrini və Meqanı bütün varlığı ilə nifrətlə qarşılayır və onları ailənin dəyərlərinə xəyanət etmiş şəxslər kimi görür. Onların krallıq statusunu şəxsi maraqları üçün istifadə etməsi onu dəhşətə gətirir", deyə mənbə bildirib.

Uilyamın yaxın ətrafındakı şəxslərdən birinin sözlərinə görə, Meqan Markl hazırkı Britaniya kralı III Çarlzın yumşaqlığından istifadə edir.

"III Çarlz tamamilə nəzarəti itirib. Aydındır ki, Harri və Meqan onun son illərini cəhənnəmə çevirmək niyyətindədir. Meqan titulundan istifadə etməklə onun nə qədər zəif və təsirsiz olduğunu nümayiş etdirir. O, bilir ki, kral buna qarşı heç nə etməyəcək. Lakin Uilyam buna əsla dözməyəcək. O, kral olduqdan sonra titullar mütləq şəkildə alınacaq - bunun üçün yol tapılacaq", deyə mənbə əlavə edib.

Bundan başqa, Meqan Marklın brendi Mayorkadakı Porreras bələdiyyəsinin gerbini plagiat etməkdə ittiham olunur. Fərq yalnız quşlardadır: hersoginyanın versiyasında, şahzadə Harrinin sevdiyi kolibrilər təsvir olunub. Qəsəbənin rəhbəri Fransiska Mora məsələ ilə bağlı narazılığını bildirib.

"Plagiatla bağlı məhkəməyə müraciət etmək həm çətin, həm də bahalıdır. Bizim kimi kiçik bir bələdiyyə ingilis krallığına qarşı mübarizə aparmağa qadir deyil. Əvvəlcə bunu bir zarafat kimi qəbul etdik, çünki haradan və nə məqsədlə bu bənzərliyin yarandığını başa düşmədik", deyə Mora bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->