Xəbər lenti

Xırdalanda sahibsiz itlər iki nəfərə xəsarətlər yetiriblər (VİDEO)
Video 22:33 21.04.2025

Xırdalanda sahibsiz itlər iki nəfərə xəsarətlər yetiriblər (VİDEO)

Abşeron rayonunda küçə itləri hazırlıqdan övladını gətirən qadına hücum edərək ona ağır xəsarətlər yetirib. Eyni ərazidə sürü halında gəzən sahibsiz itlər məktəbli uşağın ayağını da dişləyib.

Hadisə Xırdalan şəhərində baş verib. Hadisə yerində olan vətəndaşlar dərhal müdaxilə edərək onlara ilkin tibbi yardım göstəriblər. Yaralılar təcili şəkildə xəstəxanaya çatdırılıb və quduzluğa qarşı peyvənd olunublar.

Hadisə ilə bağlı ailələr ciddi narahatlıq içindədir və məsul qurumlardan  kömək istəyirlər.
 

Abşeron Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər”ə bildirilib ki, Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlərin bir qismi parklardan, küçə və prospektlərdən yığılıb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir. Bununla yanaşı, Abşeron rayonunda Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində də işlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:
 

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->