Xəbər lenti

Lalənin oğlu, Mehribanın keçmiş həyat yoldaşı azadlığa çıxıb
Maqazin 15:37 13.04.2025

Lalənin oğlu, Mehribanın keçmiş həyat yoldaşı azadlığa çıxıb

Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı, müğənni Lalə Dadaşovanın oğlu Zaurdan danışıb. 

Axşam.az xəbər verir ki, aktrisa "Bir gün" verilişində Zaurun həbsxanadan çıxdığını deyib. O bildirib ki, hazırda münasibətləri yaxşıdır. 

Kamera qarşısında Zaura zəng edən M.Xanlarova "Deyirəm düşmən deyilik, inanmırlar. Dedilər, azadlığa çıxıb. Baxıram mənə mesaj da yazmısan" sözlərini söyləyib.

Zaur isə "Nə olsun ayrılmışıq, dostuq. Hər zaman qulluğundayam. İndi də deyirəm ki, Mehriban kimi kişi balası görməmişəm. O, başqa insandır. Mehriban mənim birinci və sonuncu sevgimdir. Amma birləşmək olmaz, bitib" sözlərini əlavə edib. 

Qeyd edək ki, Zaur Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->