ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfər edib və gözlənildiyinə görə, cümə günü Vladimir Putinlə görüşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios” nəşri öz mənbələrinə və "FlightRadar” məlumatlarına istinadən məlumat
yayıb.
Bu, Uitkoff və Putinin üçüncü görüşü olacaq. Ötən həftə Uitkoff Vaşinqtonda Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyevi qəbul etmişdi.
Nəşr xatırladır ki, Tramp Rusiya və Ukrayna arasında müharibədə atəşkəsin əldə olunmasında israr edir və son həftələr danışıqlarda irəliləyişin olmamasından narazıdır.
"Axios”un məlumatına görə, əgər ayın sonuna qədər atəşkəs əldə olunmasa, Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər – ya icra hakimiyyəti vasitəsilə, ya da Konqresdən yeni sanksiya qanunvericiliyini qəbul etməsini xahiş etməklə.
11 aprel tarixində İstanbulda ABŞ və Rusiya diplomatları arasında növbəti diplomatik danışıqlar keçirilib. Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub.
Rusiya və ABŞ arasında danışıqlar
4 aprel tarixində ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, ABŞ artıq bir neçə həftə ərzində Rusiyanın Ukraynadakı müharibəni bitirməyə hazır olub-olmadığını öyrənəcək.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus isə bildirib ki, hazırda ABŞ-ın ruslarla müzakirə edə biləcəyi yeganə məsələ Ukraynada atəşkəsdir. Onun sözlərinə görə, əsas məqsədə çatılmadan başqa məsələlər müzakirəyə çıxarılmayacaq.
Alpər
Şərhlər