Xəbər lenti

Toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başladı
Ölkə 11:34 21.04.2025

Toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başladı

Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, Xətai rayonu "Venesiya" şadlıq evindəki kütləvi zəhələnmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->