Futbol üzrə İtaliya çempionatında aprelin 21-də baş tutmalı olan 33-cü turun oyunları Roma Papası Fransiskin vəfatı ilə əlaqədar təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə A Seriyası X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.
Bu gün dörd qarşılaşma baş tutmalı idi: "Torino” - "Udineze”, "Kalyari” - "Fiorentina”, "Genoa” - "Latsio” və "Parma” - "Yuventus”.
"Müqəddəs Papanın vəfatından sonra A Seriyası bugünkü çempionat oyun gününə planlaşdırılan matçların sonradan müəyyən ediləcək tarixə təxirə salındığını elan edir", deyə A Seriyasının açıqlamasında bildirilib.
Papa Fransisk aprelin 21-də səhər saatlarında vəfat edib. Bu barədə kardinal Kevin Farrell məlumat verib. O xatırladıb ki, Papanın həyatını Rəbbə və Kilsəyə xidmətə həsr edib. Katolik Kilsəsinin nümayəndəsi əlavə edib ki, konklav (yeni papanın seçilməsi prosesi) yaxın 15-20 gün ərzində baş tutacaq.
Aydın
Şərhlər