Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Bəyimsarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: 30 yaşlı Tağızadə Rüfət Mais oğlu, həyat yoldaşı 27 yaşlı Tağıyeva Əfsanə Fəqan qızı və övladları 7 yaşlı Ümid və 5 yaşlı Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.
Şərhlər