Xəbər lenti

Ölkə 09:33 28.04.2025

"Taksi sürücüləri çox aqressivdir"

"Maşını səbirsiz və aqresiv idarə edilməsinin əleyhinəyəm. Xanım sürücülərdən qorxuram. Yol qaydalarını bilmirlər. İllərdir arzuladığını həyata keçirir. Amma necə maşın sürürəm bilmirlər".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Yollar bizi ayırmasın" proqramında deyib. Müğənni sürücülərdən, yol hərəkət qaydalarından danışıb:

"Maşın sürən bunu hiss etməlidir, hər şeydən xəbərdar olmalıdır. Güzgülərlə işləməyi bilməlisən. Yuxusuz, yorğun olsam da sükan arxasına keçəndə beynimdə hər şey sıfırlanır və fikrim maşında olurdu. Son günlər taksidən istifadə edirəm, sürücülər çox aqressivdilər. Aqressiyanı kənara qoymalıdırlar. Tıxacda hamının əsəbləri gərginləşir. Səbr olmalıdır. 20 ildir sükan arxasındayam. Son günlər maşınım yoxdur, tənbəlləşmişəm". 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->