Xəbər lenti

Neftin qiyməti ABŞ-Çin ticarət müharibəsinin gərginləşməsi səbəbilə ucuzlaşır
Dünya 13:10 14.04.2025

Neftin qiyməti ABŞ-Çin ticarət müharibəsinin gərginləşməsi səbəbilə ucuzlaşır

Dünyanın iki ən böyük iqtisadiyyatı arasında münaqişənin kəskinləşməsi fonunda neft qiymətləri enişini davam etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

Brent markalı neftin barrel qiyməti 64,47 dollara, WTI isə 61,23 dollara enib. Ayın əvvəlindən bəri hər iki neft növü üzrə qiymət təxminən 10 dollar aşağı düşüb.

Enişə dünya iqtisadiyyatının yavaşlaması və yanacağa tələbatın azalması ilə bağlı narahatlıqlar səbəb olur. Goldman Sachs proqnozlarına görə, 2025-ci ildə Brentin orta qiyməti 63 dollar, WTI-nın qiyməti isə 59 dollar olacaq. 2026-cı ildə isə Brent üçün 58 dollara, WTI üçün 55 dollara qədər əlavə eniş gözlənilir.

2025-ci ilin son rübündə dünya neft tələbatı illik hesablamayla cəmi gündəlik 300.000 barrel artacaq.

Keçən cümə günü Pekin Donald Trampın yeni qərarına cavab olaraq ABŞ məhsullarına gömrük rüsumlarını 125%-ə qədər artırıb. Şənbə günü ABŞ bəzi elektronika növləri üçün istisnalar edib, lakin bazar günü ticarət naziri Houard Lutnik bildirib ki, xüsusilə yarımkeçiricilər daxil olmaqla bəzi Çin texnoloji məhsulları iki ay ərzində yeni rüsumlara cəlb olunacaq.

Moody's Analytics qeyd edir ki, Çin iqtisadiyyatı "ticarət müharibəsinə hazır deyil". Onların hesabatında göstərilib ki, "istehlakçı qiymətləri ardıcıl iki ay illik hesablamayla aşağı düşüb, istehsalçı qiymətləri isə 30% azalıb".

Tələbatın azalması səbəbilə keçən həftə ABŞ energetik şirkətləri 2023-cü ilin iyun ayından bəri ən çox neft qazma qurğularının sayını azaldıblar.

Ayrıca, Vaşinqton İranın neft ixracını tam dayandırmaq imkanını nəzərdən keçirir – bu, Tehranın nüvə proqramına görə təzyiqin bir hissəsidir. Şənbə günü İran və ABŞ Omanda "müsbət" danışıqlar aparıb və gərginliyin müzakirəsi üçün növbəti görüş üzrə razılıq əldə edilib.

Xatırladaq ki, çərşənbə axşamı ABŞ-Çin ticarət münaqişəsinin gərginləşməsi fonunda neft qiymətləri enişə keçib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->