Xəbər lenti

Moskvada Qələbə paradı, Kiyevdə Avropa Günü...
Dünya 11:33 18.04.2025

Moskvada Qələbə paradı, Kiyevdə Avropa Günü...

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri 9 mayda Avropa Gününü qeyd etmək üçün Kiyevdə bir araya gələcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə Barro LCI telekanalının efirində bildirib.

"Avropa ölkələrinin xarici işlər nazirləri 9 mayda Kiyevdə görüşməyi planlaşdırırlar. Mən də mütləq orada olacağam”, - o deyib.

Fransa XİN rəhbəri əlavə edib ki, 9 may Putinin rejimi üçün sakral məna daşıyır. Buna baxmayaraq, həmin gün Avropa diplomatları Ukrayna ilə həmrəylik nümayiş etdirmək məqsədilə Kiyevdə toplaşacaqlar.

"Həmin gün Putin Moskvada böyük bayram planlaşdırır – bu, onlar üçün qələbə günüdür. Amma bizim üçün bu, Ukrayna ilə həmrəyliyin ifadəsi olacaq”, – deyə Barro vurğulayıb.

UNIAN-ın yazdığına görə, Aİ-nin yüksək nümayəndəsi Kaya Kallas 9 mayda Moskvaya səfər edənləri mümkün nəticələrlə hədələyib. Onun sözlərinə görə, Avropa İttifaqı istənilən iştirak və ya 9 may paradında Moskvada qeyd etməni yüngül yanaşma kimi qəbul etməyəcək. Kallas bu çağırışı xüsusilə Aİ-yə namizəd ölkələrə ünvanlayıb.

Eyni zamanda Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, 9 mayda Moskvada keçiriləcək parada qatılacaq. O, bu qərarın Rusiyaya dəstək məqsədi daşımadığını xüsusi vurğulayıb.

Serbiya prezidenti Aleksandar Vuçiç də bəyan edib ki, 9 may paradında iştirak etmək üçün Moskvaya səfər edəcək. Serbiya lideri bu qərarı Aİ-nin bu cür səfərin namizəd ölkə üçün yolverilməzliyi barədə xəbərdarlığına baxmayaraq qəbul edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->