Xəbər lenti

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edib (YENİLƏNİB)
Foto 15:34 28.04.2025

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edib (YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatla çıxış ediblər.

Qaynarinfo bu barədə Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.
 
15.34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla geniş tərkibdə görüşü başa çatıb.

Qaynarinfo bu barədə Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.
 
Hazırda prezidentlər mətbuata birgə bəyanatlarla çıxış edirlər.

13.52
 
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub.

Qaynarinfo Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda prezidentlərin geniş tərkibdə görüşü keçirilir.

12.49
 
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də rəsmi qarşılanma mərasimi olub.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.

İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

12.26
 
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->