Xəbər lenti

Pezeşkianın Azərbaycana səfəri: Əvvəlkilərdən fərqi nədir?
Siyasət 11:46 28.04.2025

Pezeşkianın Azərbaycana səfəri: Əvvəlkilərdən fərqi nədir?

"Bu səfərin İran ətrafında baş verən hadisələr fonunda gerçəkləşməsi Azərbaycanla münasibətlərin normallaşmasına yönəlik addımların atılması və Tehranın regional siyasətdə korrektələr etməsinə gətirib çıxaracaq".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov İran prezidenti Məsud Pezeşkianın Bakı səfərini şərh edərkən deyib.

"Birincisi bu, dövlət səfəridir. Onun özünəməxsus protokolu olur. Habelə, miqyası da geniş olur. Digər tərəfdən, bu səfər İran Azərbaycan münasibətlərində müəyyən gərginliklər fonunda baş verir. Əsas məqsəd də həmin gərginlikləri aradan qaldırmaq və yaxud bu istiqamətdə addımlar atmaqdır", deyə Fərhad Məmmədov qeyd edib.
 


Həmsöhbətimiz bildirib ki, səfər regional və qlobal formatlarla bağlıdır:

"İran ətrafında baş verən hadisələr fonunda belə bir səfərin gerçəkləşməsi, Azərbaycanla münasibətlərin normallaşması istiqamətində addımların atılması və Tehranın regional siyasətdə korrektələr etməsinə gətirib çıxara bilər. Səfər çərçivəsində həmçinin, regional layihələrin həyata keçirilməsi məsələsində də fikir mübadiləsi aparıla bilər. Çünki İranla bağlı regional layihələrdə ləngimələr mövcuddur. Bu da əsasən İran tərəfinin fəaliyyətsizliyi üzündən baş verib. İkitərəfli münasibətlərə gəldikdə, siyasi, təhlükəsizlik, iqtisadi, humanitar məsələlər, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı infrastruktur layihələrinin həyata keçirilməsi də sözügedən səfəri fərqləndirən xüsusiyyətlərdir".

Qeyd edək ki, bu gün İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. Səfər çərçivəsində onu böyük heyətin müşahidə edəcəyi bildirilir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->