Xəbər lenti

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə etdi
Dünya 12:41 10.04.2025

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə etdi

"Bloomberg Billionaires Index" reytinqinin məlumatına görə, dünyanın ən varlı şəxsləri bir sutka ərzində rekord həddə - 304 milyard dollar gəlir əldə ediblər. 

Qaynarinfo xəbər verir ki, bu göstərici milyarderlərin sərvətinin gündəlik artımı üzrə indiyədək qeydə alınan ən böyük rəqəm hesab olunur.

Qeyd olunur ki, əvvəlki rekord 2022-ci ilin mart ayında 233 milyard dollarla qeydə alınmışdı.

Reytinqə əsasən, iş adamı İlon Mask hələ də milyarderlər siyahısında birinci yeri qoruyur. Var-dövlətin kəskin artımı ABŞ prezidenti Donald Trampın bəzi ticarət tərəfdaşlarına qarşı nəzərdə tutulan gömrük rüsumlarının tətbiqini dayandıracağına dair verdiyi vəddən sonra qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl "Apple" korporasiyasının yenidən dünyanın ən dəyərli şirkəti olduğu və ABŞ fond bazarındakı artımlar fonunda kapitallaşmasını 2,59 trilyon dollardan 2,99 trilyon dollara yüksəltdiyini bildirilmişdi. Şirkətin səhmləri 15,3% bahalaşaraq bir səhm üçün qiyməti 198,85 dollar təşkil etmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->