Xəbər lenti

Baydenin Koxabidzeyə qarşı sərt addımı: Tiflis Kremlin qucağına atılır?
Dünya 15:10 26.09.2024

Baydenin Koxabidzeyə qarşı sərt addımı: Tiflis Kremlin qucağına atılır?

"Av Evin İrakli Kobaxidzeyə qarşı belə bir hərəkətə yol verəcəyi gözlənilən idi". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ Prezident Adminstrasiyasının BMT Baş Assambleyasının işlasında iştirak üçün Nyu Yorka gələn Gürcüstanın baş naziri İrakli Kobaxidzeni ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarmasına münasibət bildirərkən deyib.

"Gürcüstanın atdığı son addımlardan sonra ABŞ-la əlaqələrində soyuqluq olması mütləq idi. Amma ABŞ Gürcüstanla əlaqələri birdəfəlik kəsməz. Məsələ ondadır ki, ABŞ-ın Gürcüstandakı seçkiyə kimi fəaliyyətini artıracağı gözləniləndir. Ona görə də hələlik Gürcüstan hakimiyyətinə qarşı ciddi addımlar atmır. Əgər mövcud hal daha da dərinləşərsə, onda ABŞ rəsmi Tiflisə qarşı sanksiya və əks addımlar ata bilər", deyə Azər Qasımov bildirib.
 


Ekspert qeyd edib ki, Gürcüstan hakimiyyəti Rusiya ilə birmənalı şəkildə işğalda olan Abxaziya və Cənubi Osetiya torpaqlarını azad etmək üçün yaxınlaşır:

"Bunun mesajları da artıq gəlir. Rusiyanın Şimali Osetiyanın büdcə təşkilatlarını maliyyələşməyi dayandırması bundan xəbər verir".

Azər Qasımova görə, Gürcüstanın Rusiyanın qucağına atılması məsələsi nisbi məsələdir: 

"Məsələ ondadır ki, Qərbə və ya Rusiyaya meyl edən müəyyən təbəqə insanlardır və bu elektoratın fikri dəyişmir. Bu baxımdan Rusiyaya meyl edənlərlə Qərbə meyl edənlər həmişə öz fikirlərində qalırlar". 

Həmsöhbətimiz hesab edir ki, Gürcüstanda baş tutacaq seçkilər hər şeyə aydınlıq gətirəcək və nöqtə qoyacaq. 

Qeyd edək ki, ABŞ Prezident Administrasiyası Gürcüstan baş naziri İrakli Kobaxidzeni Nyu Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarıb. Bildirilib ki, ABŞ prezidenti Co Bayden sentyabrın 25-də Nyu Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək. Məlumata görə, Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze daha əvvəl ABŞ prezidentinin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Bayden administrasiyası dəvəti ləğv edib.

Qeyd edilir ki, administrasiya baş nazirin dəvətini ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze ilə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında görüşdən də imtina edib. Buna səbəb Gürcüstan hökumətinin son hərəkətləri və bəyanatları, "Xarici agentlər haqqında" qanununu qəbul etməsi, həmçinin yerli qeyri-hökumət təşkilatlarına qarşı münasibətidir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->