Xəbər lenti

Bakıda 187 dəfə dövlət orqanlarına şikayət edən şəxs cərimələndi
Ölkə 12:30 30.07.2025

Bakıda 187 dəfə dövlət orqanlarına şikayət edən şəxs cərimələndi

Bakıda 187 dəfə müxtəlif dövlət orqanlarına şikayət edən şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1970-ci ildə Bakı şəhərində doğulmuş A.T. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi tərtib edilən protokola məhkəmədə baxılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, qeyri-etik ifadələr işlədib. O, izahatında bildirib ki, 2020-ci ildə anası Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Modul Tipli Hospitalında vəfat edib. Həmin gün xəstəxanada anasının pulu və qızıl dişləri oğurlanıb. 

Həmin şəxs ümumilikdə 187 dəfə müxtəlif dövlət orqanlarına şikayətlər edib. Bundan başqa, Sabunçu rayonunda yaşayan şəxsin həyətinə daş boşaldıb, 7 ay zəng etməsinə baxmayaraq, pulunu ala bilməyib. Həmçinin yanından keçən avtomobilin cəriməsi səhvən ona yazılıb, 5 il müdətində şikayət etməsinə baxmayaraq, baxılmayıb. 

A.T. bildirib ki, I Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, əsəbləşərək qeyri-etik ifadələr işlətdiyini və əməlindən  peşman olduğunu bildirib. 

Məhkəmənin qərarı ilə A.T İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->