Almaniyanın Kiyevdəki səfirliyinin hərbi attaşesinin müavini Bundevserin gənc zabitləri qarşısında çıxışı zamanı Ukrayna cəbhəsində istifadə edilən Almaniya istehsalı silahlarla bağlı ciddi problemlərin olduğunu etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” nəşri
yazır.
Nəşrin məlumatına görə, Almaniyanın özəl hesab edilən Panzerhaubitze 2000 özüyeriyən artilleriya sistemi müasir müharibə reallıqlarında "elə yüksək texniki həssaslığa” malikdir ki, onun döyüşə yararlılığı ciddi şübhə doğurur.
"Leopard 1A5” tankı "zəif zirehinə görə tez-tez improvizə olunmuş artilleriya kimi istifadə edilir”, "Leopard 2A6” isə "baxımı çox bahalıdır” və ön xətdə onun təmiri demək olar ki, mümkün deyil.
Hava hücumundan müdafiə sistemlərinə gəlincə, fikirlər birmənalı deyil. IRIS-T effektiv sayılır, lakin "surpatları çox bahalıdır və lazımi qədər mövcud deyil”. "Patriot” sistemi isə "əla silahdır”, amma "döyüşdə istifadəyə yararsızdır”, çünki köhnə MAN şassilərində qurulub və ehtiyat hissələri çatışmır.
Yalnız bir Alman sistemi müsbət qiymət alıb – bu, "Gepard” zenit qurğusudur. O, "Ukraynada ən populyar, effektiv və etibarlı silah sistemi” adlandırılıb.
Almaniyanın "Mars” adlı reaktiv yaylım atəşi sistemləri döyüş meydanında "oyunun qaydalarını dəyişir”, amma onların da məhdudiyyəti var – bu sistemlər Amerika analoqlarından fərqli olaraq kasetli mərmiləri dəstəkləmir. Çünki Almaniya 2010-cu il Kasetli Silahların Qadağanı haqqında müqaviləyə sadiq qalır və yalnız adi mərmilər göndərir. Haubitsalarla da oxşar problemlər olmuşdu, lakin iddiaya görə, proqram təminatının yenilənməsindən sonra bu məsələlər qismən həll olunub.
Bundesver də təsdiqləyib ki, attaşenin qeyd etdiyi çatışmazlıqlar real vəziyyəti əks etdirir. Ukrayna əsgərlərinin texniki təchizat və qulluq sahəsində bilikləri çatışmır, təmir infrastrukturu isə zəifdir. Yaradılmış təmir mərkəzləri çox vaxt cəbhə xəttindən uzaqda yerləşir.
Hazırda Tramp administrasiyası Ukrayna müharibəsini Moskva üçün daha sərfəli ola biləcək bir atəşkəslə bitirməyə çalışdığı üçün Avropa ölkələri, xüsusilə Almaniya, uzun illərdən sonra ilk dəfə öz hərbi gücünə ciddi şəkildə fokuslanıb.
Bu çərçivədə Almaniya konstitusiyadakı borclanma məhdudiyyətini geniş şəkildə islah edib və milyardlarla avroluq maliyyə imkanları əldə edib. CNN-in təqdim etdiyi modellərdən birinə görə, Almaniya ÜDM-in 3,5%-ni hərbi xərclərə yönəltməklə 10 il ərzində təxminən 600 milyard avro (652 milyard dollar) cəlb edə bilər.
Alpər
Şərhlər