Xəbər lenti

ABŞ-da
Dünya 15:15 10.04.2025

ABŞ-da "2154-cü ildə anadan olmuş" şəxs sosial yardım tələb edir

ABŞ Dövlət Səmərəliliyi Departamenti (DOGE) sosial yardım üçün müraciət edənlər siyahısında 2154-cü ildə doğulduğu iddia edilən bir şəxsi aşkarlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti X sosial şəbəkəsində paylaşım edib.

Açıqlamada qeyd olunur ki, həmin şəxs işsizlik müavinəti kimi dövlətdən 41 min dollar məbləğində yardım tələb edib.

Departamentin rəhbəri olan iş adamı İlon Maskın nəzarəti altında aparılan yoxlamalar zamanı məlum olub ki, müraciət edənlər arasında 2040-cı il və daha sonrakı illərdə doğulduğu iddia edilən təxminən 9700 nəfər də var. DOGE məlumatına görə, bu şəxslərin ümumi yardım tələbi 69 milyon dollar təşkil edir.

Eyni zamanda, 115 yaşdan yuxarı olan amerikalılar da dövlətdən 59 milyon dollar yardım tələb edir. Məşhur sahibkar İlon Mask bu məsələyə X platformasındakı şəxsi hesabında münasibət bildirib:

"Hazırda yaşayan ən yaşlı amerikalının yaşı 114-dür. Ona görə də əminliklə deyə bilərik ki, 115 yaş və yuxarısında olan hər kəsin aldığı işsizlik müavinəti, əslində artıq mövcud olmayan insanlara aiddir".

Qeyd edək ki, aprelin 3-də Mask DOGE rəhbəri vəzifəsini tərk edəcəyi barədə yayılan xəbərləri təkzib etmişdi. Bu məlumatları ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vens də yalanlayaraq bildirmişdi ki, sahibkarın idarə etdiyi bürokratiyaya qarşı mübarizə hələ sona çatmayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->