Uşaqları öpərkən diqqətli olun, təhlükəli virusa yoluxa bilər (XƏBƏRDARLIQ)
Uşaqları öpərkən diqqətli olmaq lazımdır.
Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, həkim-infeksionist Mərdan Əliyevin sözlərinə görə, immun sistemi güclü olan böyüklərdəki hər hansı gizli infeksiya, immun sistemi zəif olan uşaqları öpən zaman qalıcı fəsadlar yarada bilər.
Həkimin sözlərinə görə, hətta bu cür yoluxan Epsteyn-Barr virusu var ki, buna "öpüş" xəstəliyi də deyirlər.
Bu, uşaqlarda qızdırma, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi ilə müşayiət olunan xəstəlikdir, ağız suyu ilə yoluxur.
Həkim bildirib ki, böyüklərdə bəzən gizli şəkildə təzahür edə bilən və sağalan bu xəstəliklər, uşaqlar üçün çox böyük təhlükə yarada bilər. Odur ki, diqqətli olmaq vacibdir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər