Xəbər lenti

Əmanətlərin Sığortalanması Fondu 70 milyon zərər edib
Ekonomiks 11:39 21.04.2025

Əmanətlərin Sığortalanması Fondu 70 milyon zərər edib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) uzun müddət ötəndən sonra nəhayət 2023-cü ilin maliyyə hesabatını açıqlayıb. 

Valyuta.az xəbər verir ki, Fond 2023-cü ildə 70,4 milyon manat zərər edib. 

Hesabata əsasən, 2023-cü ildə Fondun sığorta premiyaları 64,3 milyon manatdan 76,44 milyon manata, maliyyə gəlirləri 3,32 milyon manatdan 6,63 milyon manata, lisenziyası ləğv edilmiş banklar tərəfindən geri qaytarmalar 45,2 milyon manatdan 94,55 milyon manata yüksəlib. 
Fond xarici valyuta mübadiləsindən 188,9 min manat gəlir əldə edib, sair gəlirləri 56,3% azalaraq 1,5 milyon manata enib. 

Fondun inzibati xərcləri 6,7% artaraq 6,29 milyon manata, maliyyə aktivləri üzrə gözlənilən kredit zərəri 2,8 dəfə artaraq 2,87 milyon manata yüksəlib. Bundan əlavə 404,3 min manat faiz xərcləri yaranıb. 

Ən önəmli məsələ isə 2023-cü ildən ƏSF-nin kompensasiya xərcləri birdən-birə 2022-ci ildəki 30 min manatdan 2023-cü ildə 240,1 milyon manata yüksəlib. Bu isə Fondun xərclərinin gəlirlərinin üstələməsinə və ili zərərlə bitirməsinə təsir edən əsas amil olub. Halbuki, 2022-ci ildə ƏSF 107,1 milyon manat xalis mənfəət açıqlamışdı. Nəticədə Fondun yığılmış zərəri 667,7 milyon manatdan 738,07 milyon manata yüksəlib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->