Xəbər lenti

Tramp Putinlə nə vaxt görüşəcəyini açıqladı
Dünya 10:45 24.04.2025

Tramp Putinlə nə vaxt görüşəcəyini açıqladı

ABŞ prezidenti Donald Tramp bildirib ki, gələn ay – Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, Tramp eyni zamanda Səudiyyə Ərəbistanına səfəri zamanı Putinlə görüşün baş tutma ehtimalını az hesab edib.

"Bu mümkündür, amma çox güman ki, xeyr. Məncə, biz ondan dərhal sonra görüşəcəyik”, – deyə prezident Səudiyyə Ərəbistanında Putinlə görüşə biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib. Həmin ölkədə hazırda Rusiya və Ukrayna arasında atəşkəslə bağlı danışıqlar gedir.

Trampın Yaxın Şərqə səfəri 13-16 may tarixlərinə planlaşdırılıb və bu, onun bu həftə sonu Roma şəhərində Roma Papasının dəfnində iştirak üçün nəzərdə tutulan səfərindən sonra ikinci xarici səfəri olacaq.

Xatıaladaq ki, 23 aprel tarixində Londonda keçirilən danışıqlara ABŞ administrasiyası tərəfindən hazırlanmış sülh sazişi təqdim olunub. Həmin sənədə əsasən, Rusiya Ukraynadan ələ keçirdiyi ərazilərin demək olar ki, hamısını özündə saxlayır. Bununla yanaşı, sənəddə ABŞ tərəfindən Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı dəqiq şərtlər yer almır.

Eyni zamanda, Kreml bəyan edib ki, əgər Ukrayna ordusu silahı yerə qoyub Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin ərazisindən çıxsa, hərbi əməliyyatlar "dərhal dayandırılacaq”.

Ağ Ev isə daha əvvəl bildirmişdi ki, Tramp danışıqlardan narazıdır və səbirini itirmək üzrədir. Prezidentin mətbuat katibi Kerolayn Levittin sözlərinə görə, prezident Zelenski "səhv istiqamətdə hərəkət edir”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->