Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinə (Publik hüquqi şəxs) yeni direktor təyin olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Həsənov Bədəl Fizuli oğlu sözügedən qurumun rəhbəri təyin edilib.
Digər əmrlə Hüseynəliyev Sahib Cəfər oğlu Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin direktoru vəzifəsindən azad olunub.
Qeyd edək ki, Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvan ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.
Aydın
Şərhlər