Xəbər lenti

Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul etdi (FOTO)
Ekonomiks 17:38 15.04.2025

Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul etdi (FOTO)

Bu gün "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Neftçala Elektrik Şəbəkəsinin inzibati binasında Neftçala və Salyan rayonlarından olan vətəndaşlarla görüşüb.

Qaynarinfo quruma istinadən xəbər verir ki, görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

"Azərişıq” abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə bütün regionlarda mütəmadi olaraq yenidənqurma və maarifləndirmə tədbirlərini davam etdirir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->