Rusiya Coğrafiya Cəmiyyətinin Həştərxan bölməsinin rəhbəri Pyotr Buxaritsin Xəzər dənizinin şimalında, yaşayış olmayan Ukatnı qum adasına ekspedisiya zamanı yoxa çıxıb.
Oxu.Az-ın İzvestiya.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Kalmıkiya Respublikası və Həştərxan vilayəti üzrə Sərhəd İdarəsindən məlumat verilib.
"Qurumun əməkdaşları Xəzər flotiliyası tərəfindən təşkil edilən axtarış tədbirlərində iştirak edirlər. Bir sərhəd gəmisi və iki qayıq cəlb edilib", - deyə idarənin rəsmi nümayəndəsi Olqa Nikeşina bildirib.
Qeyd edək ki, Buxaritsin Ukatnıda Xəzər dənizinin sahil zonasının şimal hissəsinin xəritəsinin çəkilməsi üzrə ekspedisiyaya rəhbərlik edirdi. Alimin 76 yaşı olduğu bildirilir.
Şərhlər