Xəbər lenti

Nazir ona yüksək vəzifə verdi
Ölkə 20:10 22.04.2025

Nazir ona yüksək vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub..

Qaynarinfo Bakupost.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə bu vəzifəyə Ramin Alik oğlu Rzayev gətirilib.

Ramin Rzayev bu təyinata qədər idarə heyətinin sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sabiq sədri Anar Bayramov bu ayın 17-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
 




Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->