Xəbər lenti

Neftçalada yol problemi: Sakinlər AAYDA-nın yerli idarəsindən şikayətçidir
Ekonomiks 17:20 22.04.2025

Neftçalada yol problemi: Sakinlər AAYDA-nın yerli idarəsindən şikayətçidir

Neftçala rayonu Mayak-2 yaşayış massivində, Kür ağzı deyilən ərazidə yollar bərbad vəziyyətdədir. 

Bu barədə Qnarinfo-ya sakinlər bildirib. 

Onların sözlərinə görə, Kür ağzı deyilən ərazidə xeyli sayda fermer təsərrüfatı yerləşir. "Bundan başqa, ərazidə daimi yaşayan insanlar da var. Dəfələrlə müvafiq qurumlara müraciət etmişik ki, yolları düzəltsinlər. Payız-qış aylarında həm fermerlərin, həm də ərazidə daimi yaşayanların işi xeyli dərəcədə çətinləşir", deyə sakinlər bildirib. 

Şikayətçilər qeyd edib ki, çarəsiz qalaraq yolu özləri təmir etmək qərarına gəliblər. "Amma texnikamız yoxdur. Adicə "qreyder" belə, vermilər. Dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Neftçala şöbəsinə müraciət etmişik. Oranın rəhbəri Füzuli Babayev hər dəfə bir bəhanə gətirir. Deyirik ki, hər bir işi öz vəsaitimiz hesabına edəcəyik. Hətta "qreyder"i icarə şərtləri ilə götürmək istəyirik. Amma heç bir nəticə yoxdur", deyə sakinlər vurğulayıb. 

Onlar məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyinə və digər yuxarı orqanlara müraciət etmək niyyətindədir. 

AAYDA-nın sədri Saleh Məmmədovdur. O, 2017-ci ildən bu vəzifəni daşıyır. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->