Müasir dövrdə insanlar şəxsi həyatları və hissləri haqqında sosial mediada və yaxın çevrələrində açıq danışmağa meyllidir. Lakin psixoloqlar xəbərdarlıq edirlər ki, bəzi məlumatlar məhz sizin şəxsi sərhədləriniz daxilində qalmalı və başqaları ilə bölüşülməməlidir.
Qayanrinfo xəbər verir ki, "Your Tango" platformasında dərc olunan məqalədə bu kimi 5 məqam sadalanır.
1. Başqasının bədəni haqqında fikirləriniz
Fiziki yaxınlıq anları insanın ən həssas və kövrək hallarıdır. Psixoloq Alin P. Zoldbrod məsləhət görür ki, fiziki yaxınlıqda olduğunuz insana onun bədəni ilə bağlı heç bir fikir bildirməyin. Bu cür şərhlər, nə qədər xeyirxah niyyətlə deyilsə də, qarşı tərəfin yaddaşında qalır və onun emosional durumuna mənfi təsir göstərə bilər.
2. Başqalarının sizə etibar etdiyi sirləri
Əgər kimsə sizə sirrini etibar edibsə, bu onu sizin qarşınızda həssas vəziyyətə salır. Psixoterapevt Qloriya Breym bu etimadı pozmamağı, bu cür məlumatları heç kimlə paylaşmamağı tövsiyə edir - bu, ailə üzvlərinə belə aiddir. Sağlamlıq problemləri, şəxsi uğursuzluqlar və ya hamiləlik kimi məsələlər sizə etibar edilibsə, həmin etiraflar yalnız sizə aiddir. Bu sirrin pozulması sosial təzyiqə, qınağa və həmin şəxsin sizə olan inamının itirilməsinə səbəb ola bilər.
3. Başqalarının münasibətləri haqqında mühakimələriniz
Klinik psixoloq Şeron Salin bildirir ki, insanların münasibətləri barədə fikirləriniz sizdə üstünlük hissi yarada bilər və bu, münasibətləri zədələyə bilər. Onun tövsiyəsi belədir: mühakimə etməyin, əksinə maraq göstərin. Bu, daha yaxın və etibarlı münasibətlərin qurulmasına kömək edir.
4. Müvəqqəti uğursuzluqlarınız
Lifkouç Syuzan Allanın sözlərinə görə, uğursuzluqlar - tədris vasitəsidir və daim davam edən bir vəziyyət deyil. Özünüz haqqında danışarkən diqqəti keçici qorxularınıza deyil, hədəflərinizə və tərəqqinizə yönəltmək daha faydalı və motivasiyaedici olar.
5. Keçmiş münasibətlərdəki tərəfdaşlarınızın sayı
Redaktor Ariya Qmitter bildirir ki, sizinlə eyni terapevt və ya həkim olmayan birinə keçmiş tərəfdaşlarınızın sayını demək heç vaxt yaxşı fikir deyil. Bu məlumat, əgər paylaşılarsa, gələcəkdə sizin əleyhinizə istifadə oluna bilər. Buna görə də intim həyatla bağlı detalları, o cümlədən tərəfdaş sayı kimi mövzuları, hətta evlilikdə də müzakirə etmək məsləhət görülmür.
Aydın
Şərhlər