"Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə ərsəyə gətirdiyi Qərbi Azərbaycan mövzusunda musiqi əsəri - "Zəngəzur mahnısı”na klip çəkilib.
Qaynarinfo xəbər verir ki, Sözləri Şahin Musaoğluna, musiqisi bəstəkar, Əməkdar artist Vüqar Camalzadəyə məxsus "Zəngəzur mahnısı" Xalq artistləri - Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər - Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov, Avroviziya mahnı müsabiqəsinin iştirakçısı, "O Səs Türkiyə"nin qalibi İlkin Dövlətov tərəfindən ifa olunub.
Layihənin rəhbəri, Əməkdar artist Ramil Qasımov qeyd edib ki, Qərbi Azərbaycan torpaqları bizim əzəli və əbədi dədə-baba yurdumuzdur, təqdim edəcəyimiz klipdə məqsədimiz milli-mədəni yaddaşımızın gücləndirilməsi və Qərbi Azərbaycan mövzusunun mədəni təbliğini təmin etməkdir.
Klipin çəkilişləri Şərqi Zəngəzur - Laçın, Qubadlı, Zəngilan rayonlarında baş tutub. Yaxın günlərdə təqdim olunacaq klipin ssenari müəllifi Ramil Qasımov, rejissoru Natiq Novruzov, operatorlar Məhəmməd Novruzov, Kənan Vəliyev, assistentlər Məhəmməd Mübariz, Ramiz Nağıyev, layihənin prodüseri Riad Quliyev, koordinatoru Fərqanə Cabbarovadır.
Şərhlər