Xəbər lenti

Finlandiya prezidenti Aİ-ni Putinlə demokratiya arasında seçim etməyə çağırdı
Dünya 18:55 31.07.2025

Finlandiya prezidenti Aİ-ni Putinlə demokratiya arasında seçim etməyə çağırdı

Helsinkidə ATƏT-in konfransında çıxış edən Finlandiya prezidenti Alexander Stubb deyib ki, Avropa maraq dairələri və gücdən istifadə və ya dövlətlərin suverenliyi, ümumi qaydalar və prinsiplər seçimini etməlidir. 

Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, Finlandiya lideri bu sözlərlə Avropanı ya Rusiya və onun liderinin yaratdığı və dəstəklədiyi dünya nizamının lehinə, ya da demokratiya və azadlığın lehinə seçim etməyə çağırıb.

Agentliyin məlumatına görə, bu çağırış Rusiya prezidenti ilə münasibətləri saxlamağa çalışan bir neçə Avropa dövlətinin rəhbərlərinə ünvanlanıb. "Bloomberg" xüsusilə, Macarıstanın baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fikonu vurğulayır ki, onlar Vladimir Putinə xüsusilə rəğbət bəsləyirlər və Ukrayna ilə bağlı Avropanın vahid mövqeyini pozurlar.

"Təsir dairələrinin hakim olduğu dünya düzəninə qayıdış o deməkdir ki, müstəqil demokratik dövlətlərin vətəndaşları öz qərarlarını verə bilməyəcəklər. Başqa dövlətin qeyri-demokratik rəhbərliyi bunu onlar üçün edəcək", deuy Stubb bildirib. 

Finlandiya prezidentinin sözlərinə görə, Rusiya ilə münasibətləri bərpa etmək üçün Ukraynada ədalətli və davamlı sülh lazımdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->