Xəbər lenti

Ölkə 16:14 31.07.2025

"AzParking"in əməkdaşı döyüldü - Məhkəmə qərarı

Xətai rayonu, H.Salmani küçəsi 1 ünvanda yerləşən "Taç Store" mağazasının qarşısında "Azparking" MMC-nin parklanma xidmətinin İbrahim adlı bələdçisi döyülüb. 

Qaynarinfo-nun məlumatına görə, hadisədə "Dolça" firmasının Əli adlı ekspeditoru təqsirli bilinib. 

Əli həmin vaxt avtomobilini "Tam Store” mağazasının qarşısında saxlayıb. Bələdçi buna irad bildirib. Tərəflər arasında mübahisə yaranıb və daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra bələdçi Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edərək döyüldüyünü bildirib.  Bundan sonra Əli saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 

Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesi zamanı məlum olub ki, tərəflər artıq barışıb və zərərçəkənin heç bir şikayəti yoxdur. 

Məhkəmənin hökmü ilə hadisədə təqsirli bilinən "Dolça” firmasının ekspeditoruna aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu saxlanıldığı 2 gün müddət 1 günə 4 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 22  gün müddətinə islah işləri cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->