İlin sonuna qədər Rusiyada avtosalonların 20%-ə qədəri bağlana bilər.
Qaynarinfo vu barədə "Kommersant”a istinadən xəbər verir.
Təkcə ikinci rübdə 137 salon fəaliyyətini dayandırıb və onların ümumi sayı 2950 ədədə qədər azalıb. Eyni zamanda, aktiv diler müqavilələrinin sayı 183 ədəd azalaraq 4330-a düşüb.
"KlyuchAvto" şirkəti ən böyük itkilərə məruz qaldı: ilin əvvəlində müqavilələrin sayı 90 idisə, iyula qədər onlardan yalnız 36-sı qalıb.
İlk növbədə, hər diler üçün ayda bir neçə avtomobil satan brendlər ixtisar olunur. Xüsusilə "Kaiyi", BAIC, "Livan" və "Moskvich" risk altındadır.
Böhran lüks və premium brendlərə də təsir edib. Məsələn, "Avtodom" şirkəti "Moskva-Siti" biznes rayonundakı "Lamborghini" mərkəzini bağlayıb.
Avtosalonların bağlanması iqtisadiyyatın yavaşlaması və Rusiya Federasiyasında ümumi avtomobil satışının sürətlə azalması ilə əlaqədardır.
Xəbər verildiyi kimi, ilin ilk altı ayında Rusiya avtomobil bazarı 28% çöküb. Cəmi 530 min yeni avtomobil satılıb. Ötən ayın sonunda dilerlər alıcı tapa bilmədiklərinə görə 500 min avtomobil yığmışdılar.
Rusiyalı ekspertlər gələcəyə o qədər də nikbin baxmırlar. Onların fikrincə, vəziyyət dəyişməsə, dilerlər bir sıra müflisləşmə və ya satınalma ilə üzləşəcəklər.
Aydın
Şərhlər