Xəbər lenti

Miras yox, alın təri: Teylor Svifti taxtından saldı... 30 yaşında inanılmaz sərvət
Dünya 16:13 22.04.2025

Miras yox, alın təri: Teylor Svifti taxtından saldı... 30 yaşında inanılmaz sərvət

Amerikalı texnologiya sahibkarı Lusi Quo dünyaca məşhur müğənni Teylor Svifti geridə qoyaraq, sərvətini öz zəhməti ilə qazanan dünyanın ən gənc qadın milyarderi adına sahib olub. 

Qaynarinfo xəbər verir ki, "Forbes" jurnalının məlumatına görə, San-Fransiskoda yaşayan 30 yaşlı Quo süni intellekt sahəsində fəaliyyət göstərən "Scale AI" şirkətinin qurucu ortaqlarındandır.



2023-cü ildən bu günə qədər bu titulu daşıyan 35 yaşlı Teylor Svift Lusi Quonun sürətli yüksəlişi ilə ikinci yerə düşüb. Lusi Quonun sərvətindəki sıçrayış "Scale AI" şirkətinin böyük bir tenderə namizəd olması ilə başlayıb. 1 iyun tarixinədək nəticələnməsi gözlənilən bu tender şirkətin ümumi dəyərini 25 milyard dollara qədər artırıb. Bu, son bir ildə şirkət dəyərinin təxminən 80% artması deməkdir.

Ən gənc kişi milyarder ilə birgə qurdu

San-Fransiskoda doğulan Quo hazırda "Scale AI"ın baş icraçı direktoru olan Aleksandr Vanq ilə birlikdə bu şirkəti 9 il əvvəl təsis edib. 28 yaşlı Vanq hazırda 3,6 milyard dollarlıq sərvəti ilə dünyanın öz zəhməti ilə sərvət qazanan ən gənc kişi milyarderidir.



2018-ci ildə Quo Vanq ilə aralarında yaşanan fikir ayrılığı səbəbilə şirkətdən ayrılsa da, hələ də şirkətin təxminən 5 faizinə sahibdir. Bu payın hazırki dəyəri təxminən 1,2 milyard dollardır.

Quo bu barədə açıqlamasında deyib: "Bunun üzərində çox düşünmürəm, bir az dəlicəsinə səslənir. Kaş hər şey kağız üzərində qalsaydı, haha".



"Scale AI"dan sonra yeni platforma: "Passes"

Şirkətdən ayrıldıqdan sonra Quo kontent istehsalçıları üçün abunə əsaslı bir platforma olan "Passes"ı təsis edib. Hazırda o, 40 yaşdan aşağıda olub sərvətini öz zəhməti ilə qazanmış sadəcə altı qadın milyarder arasında yer alır. Maraqlısı budur ki, bu altı nəfərdən yalnız Quo sərvətinin əsas hissəsini artıq rəhbərlik etmədiyi bir şirkətdən əldə edib.

Dünyanın ən gənc milyarderi isə cəmi 19 yaşındadır



"Forbes" məlumatına görə, ailədən miras qalan sərvət hesabına dünyanın ən gənc milyarderi isə 19 yaşlı almaniyalı Yohannes fon Baumbaxdır. Onun sərvəti 5,6 milyard dollar dəyərində qiymətləndirilir. O, məşhur alman dərman şirkəti "Boehringer Ingelheim"in varisidir. Bu şirkət 1885-ci ildə Albert Baumbax tərəfindən yaradılıb.

Aydın 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->