Xəbər lenti

92 ildə ilk dəfə kubok qazandılar
İdman 14:41 22.04.2025

92 ildə ilk dəfə kubok qazandılar

Niderlandın "Go Ahead Eagles" klubu (Deventer şəhəri) tarixində ilk dəfə ölkə kubokunu qazanaraq sensasiyaya imza atıb. 

Qaynarinfo xəbər verir ki, finalda "Alkmaar"la qarşılaşmada aşkar autsayder sayılan komanda penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib.

54-cü dəqiqədə "Alkmaar" hesabda önə keçsə də, ikinci hissəyə əlavə edilmiş səkkizinci dəqiqədə "Go Ahead Eagles"ın müdafiəçisi hesabı bərabərləşdirib. Əlavə vaxtda qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Deventer təmsilçisinin qapıçısı De Busserin iki zərbəni dəf etdiyi seriyada "Go Ahead Eagles" qalib olub.

"Go Ahead Eagles 1933-cü ildən bəri heç bir kubok qazanmayıb. İndi ölkə kubokunda qazanılan qələbə sayəsində klub Avropa Liqasına vəsiqə qazamıb. Niderland mediası qeyd edir ki, 100 min əhalisi olan bir şəhər üçün bu, əsl bayramdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->