Xəbər lenti

Hüseyn Həsənov Rusiyada axtarışa verildi - Həbs edilə bilər
Ölkə 20:10 14.05.2025

Hüseyn Həsənov Rusiyada axtarışa verildi - Həbs edilə bilər

Rusiyada məşhurlaşan və milyondan çox izləyicisi olan Azərbaycanəsilli bloqer Hüseyn Həsənov xüsusilə böyük miqdarda pul leqallaşdırılması ilə bağlı cinayət işinə görə axtarışa verilib.

Oxu.az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.

Bildirilir ki, onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Bloqer 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

Məlumata görə, Hüseyn 2024-cü ildən Rusiyada yaşamır - bəzi mənbələr onun Azərbaycana köçdüyünü bildirir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->