16 yaşlı rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan pasportu alıb.
Bu barədə o, sosial şəbəkədə məlumat verib.
İdmançı ağır onurğa zədəsi aldığını və Rusiyada iki mövsüm ərzində çıxış edə bilmədiyini bildirib.
Jilina bərpa prosesi zamanı ona dəstək olan hər kəsə təşəkkürünü ifadə edib:.
"Artıq bir neçə ildir ki, həyatım Bakı ilə bağlıdır. Pasport aldım. Azərbaycan sevdiyim və ikinci Vətənim hesab etdiyim ölkədir. Keçidimə icazə verilməsini səbirsizliklə gözləyirəm!".
Qeyd edək ki, sabah Veronika Jilinanın 17 yaşı tamam olacaq.
Xatırladaq ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası idmançının Azərbaycan yığmasına keçidini hələlik təsdiqləməyib.
Şərhlər