Xəbər lenti

İdman 21:59 14.05.2025

"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi oldu

"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub.

Qaynarinfo xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda "Neftçi"yə 83:78 hesabı ilə qalib gələn "bayquşlar" qızıl medallara sahib çıxıblar.

Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, tərəflər arasında əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->