Xəbər lenti

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?
Ekonomiks 11:55 24.04.2025

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Aprelin 23-də Azərbaycan və Çin vətəndaşları arasında vizasız gediş-gəlişə imkan verən saziş imzalanıb. Saziş Prezident İlham Əliyev və Çin Sədri Si Cinpinin iştirakı ilə keçirilən mərasimdə rəsmiləşdirilib.

Çinə vizasız səyahət imkanı yaranıbsa, getsəniz nə qədər xərc çıxar?

Valyuta.az səyahət blogeri Rauf İsmayılovun ("raufism") sosial media hesabında paylaşdığı məlumata əsasən, səfər zamanı ortaya çıxacaq əsas xərcləri təhlil edib.

Aviabilet:

Çinə birbaşa uçuşları "AZAL" həyata keçirir. Əgər endirim kampaniyasına düşsəniz, gediş-dönüş biletini 420 manata almaq mümkündür. Amma adətən biletlər 600-700 manat civarında olur.

Hotel:

Hotellər Çində baha deyil. Bir həftəlik Pekin səfəri üçün iki nəfərlik standart bir hotel otağında  orta hesabla 600 manat ödəmək kifayətdir.

Nəqliyyat:

Şəhərdaxili nəqliyyat xərcləri münasibdir. Taksi qiymətləri məsafədən asılı olaraq 3-10 manat arasında dəyişir. Metroda isə bir gediş təxminən 1 manatdır.

Qidalanma:

Çində yemək seçimi genişdir, amma bəzən turistlər üçün uyğun dad tapmaq çətin ola bilər.

Normal restoranda bir nəfərlik menyunun qiyməti 20-40 manat arasıdır.

Məhsul restoranlarında isə bu xərc 10-20 manat təşkil edir.

Ekskursiyalar və giriş haqları:

Gəzməli-görməli yerlərə giriş biletləri adətən 10-30 manat arasında olur.

Muzeylər və digər turistik yerlər üçün 150-200 manat ayırmaq kifayətdir.

Toplam büdcə:

Süvenirlər, xırda hədiyyələr, yerli içkilər və yeməklər, həmçinin internet istifadəsi üçün də əlavə büdcə lazım ola bilər.

Bütün bu xərcləri nəzərə alsaq, iki nəfərlik bir həftəlik Çin səfəri üçün təxminən 1800-2000 manat kifayət edir. Təbii ki, bu rəqəm şəxsi seçimlərdən asılı olaraq dəyişə bilər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->