Xəbər lenti

ABŞ İranın nüvə obyektlərinə zərbə endirməyi nəzərdən keçirir
Siyasət 22:20 14.04.2025

ABŞ İranın nüvə obyektlərinə zərbə endirməyi nəzərdən keçirir

Vaşinqton lazım gələrsə, İrana qarşı sərt davranmağa hazırdır və digər məsələlərlə yanaşı, Tehranın nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə deyib.

"Bu, çox sadədir. Onların (İran - red.) nüvə silahı ola bilməz və onlar (ABŞ ilə danışıqlarda - red.] tez hərəkət etməlidirlər. Əgər çox sərt bir şey etməliyiksə, biz bunu edəcəyik", - Tramp bildirib.
Ondan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmaması soruşulub. Tramp "Əlbəttə", - deyə cavab verib.

Qeyd edək ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndə heyətlərinin görüşü keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->