Xəbər lenti

Xaricə gedən azərbaycanlılar harada gecələyir?
Ekonomiks 09:55 02.05.2025

Xaricə gedən azərbaycanlılar harada gecələyir?

Bu ilin ilk 3 ayında turist kimi xarici ölkələrə 279 min 151 nəfər Azərbaycan vətəndaşı gedib.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycandan xaricə gedən şəxslərin xarici ölkələrdə keçirdikləri gecələrin ümumi sayı 1 milyon 514 min 144 olub. Ən çox gecələmə – 790 861 gecə – mehmanxana və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Xaricə səfər edən azərbaycanlıların təxminən 52%-i səfərləri zamanı əsasən kommersiya əsaslı yerləşmə növlərini – yəni otelləri – seçiblər.

Qohum və dost evlərində 309 925 gecələmə olub.  Xeyli sayda vətəndaş xarici ölkələrdə ailəvi və şəxsi əlaqələr üzərindən qalmaq imkanıəna malikdir.

Bəzi vətəndaşların xaricdə  özlərinə və ailə üzvlərinə məxsus  evlıəri var. bu evlərdə 245 961 gecələmə qeydə alınıb. Kirayə götürülmüş evlərdə vətəndaşlarımız  167 397 gün gecələyiblər.  

Ən çox gecələmə Türkiyədə olub – 524 937 gecə. Bu gecələrin yalnız 191 602-si otellərdə baş verib, 131 812-si qohum evlərində, 112 809-u isə şəxsi mənzillərdə keçib.

Rusiyada 269 609 gecələmə qeydə alınıb, bunun 113 130-u qohum evlərində baş verib.

Gürcüstanda 163 109 gecələmənin 105 000-dən çoxu qohum və şəxsi evlərdə keçib.

Ərəb ölkələrində isə mehmanxanada gecələmə payı əhəmiyyətli dərəcədə yüksəkdir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində 191 164 gecələmənin 171 283-ü məhz otellərdə baş verib. Qətərdə də 22 562 gecələmənin 20 960-sı otel yerləşməsi olub.

Avropa ölkələrində də bu tendensiya müşahidə olunur. Almaniyada 24 820 gecələmənin 18 342-si, İtaliyada isə 20 467 gecələmənin 17 254-ü otellərdə olub.

Maraqlı məqam ondan ibarətdir ki, bəzi ölkələrdə – məsələn, Misirdə – 19 011 gecələmənin 18 646-sı şəxsi mənzillərdə baş verib. Qazaxıstan, Özbəkistan və Moldovada da oxşar tendensiya müşahidə olunur – gecələmələrin əhəmiyyətli hissəsi şəxsi və ya qohum evlərində baş verir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->