Xəbər lenti

Ronaldo:
Dünya 16:33 25.09.2024

Ronaldo: "Mən unikal futbolçu və yaxşı insanam"

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo özünü unikal insan adlandırıb.

Qaynarinfo xəbər verir ki, ulduz forvard bu barədə özünün "Youtube” kanalında danışıb.

"Mən unikal futbolçu və həyatda yaxşı insanam. Mənim üçün bu ən vacib şeydir. Heç vaxt düşünməmişdim ki, indi olduğum kimi olacağam. Həmişə peşəkar futbolçu olacağıma inanırdım. Bütün həyatım bir sınaqdır. Mən böyük şəhərdə yaşamaq üçün 11 yaşımda evi tərk etdim. Yəni mənim üçün asan olmadı. Madeyranı Lissabona, Lissabonu İngiltərəyə, İngiltərəni İtaliyaya dəyişdim. Mənim üçün bu problem deyil, həyatımın bir hissəsidir, bu mənim unikallığımdır. Bu cür həyata öyrəşmişəm", deyə Ronaldo bildirib.

Qeyd edək ki, Ronaldo tarixdə rəsmi matçlarda 902 qol vuran ilk futbolçu olub. O, "Sportinq"də 5, "Mançester Yunayted"də 145, "Real"da 450, "Yuventus"da 101, "Əl-Nəsr"də 69, millidə isə 132 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının bombardiridir.

Ronaldonun "YouTube" kanalına 60 milyondan çox insan abunə olub. Futbolçu 24 saat ərzində "YouTube"da ən çox abunəçisi olan şəxs kimi Ginnesin Rekordlar Kitabına düşüb - 19 729 827.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->