Xəbər lenti

Nuridə Allahyarova vəzifəsindən ayrıldı
Ölkə 10:54 18.04.2025

Nuridə Allahyarova vəzifəsindən ayrıldı

Nuridə Allahyarova TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"nın (publik hüquqi şəxs) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

Qayanrinfo xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

"Yeni Klinika" ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim-ən böyük qazancım bu oldu. Nə zamansa ,hansısa həkimi qınamışamsa, üzr istəyirəm - mən iki il dözdüm, onlar bir ömür boyu bu peşəni layiqincə, səbrlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram. TƏBİB və "Yeni Klinika" komandasına təşəkkür edirəm. Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib, mövzunu başqa müstəvilərdə davam etmədilər. Xəstəlik qorxulu deyil, onu "Yeni Klinika"-da müalicə edəcəklər. Qorxulu olan ədalətsizlikdir - onun müalicəsi yoxdur"-deyə Nuridə Allahyarova bildirib.

Qeyd edək ki, Nuridə Allahyarova bundan əvvəl Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olub, Həmçinin Bakı Nəqliyyat Agentliyi, "Bakı Bus" MMC, Vergilər Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti, "Space" və ATV kanallarında çalışıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->