Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya ilə danışıqlarda Avropa İttifaqının nümayəndəsi olmağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti Yelisey sarayındakı mənbəyə istinadən yazır.
Qəzetin mənbəsinin bildirdiyinə görə, Emmanuel Makron "doğru an gələndə" danışıqlar aparan rolu üzərinə götürəcək. O, bunun üçün vaxtın hələ çatmadığına aydınlıq gətirib.
"Böyük Britaniyanın baş naziri Kir Starmer isə Rusiya hakimiyyəti ilə danışıqlar aparmağı planlaşdırmır", deyə mənbə əlavə edib.
Emmanuel Makron və Vladimir Putin sonuncu dəfə 2022-ci ilin fevralında görüşüb. 2025-ci ilin fevralında Fransa prezidenti Rusiya prezidenti ilə təmaslara hazır olduğunu bəyan edib.
Martın əvvəlində Avropa liderləri Ukrayna ilə bağlı mümkün razılaşmanı dəstəkləmək üçün "istəklilər koalisiyası" yaradıblar. Aprelin 3-də Finlandiya prezidenti Aleksander Stubb bildirib ki, koalisiyanın ən azı bir nümayəndəsi Vladimir Putinlə danışıqlar aparmalıdır.
Aydın
Şərhlər