Xəbər lenti

Trampdan Medvedevə xəbərdarlıq:
Dünya 11:30 31.07.2025

Trampdan Medvedevə xəbərdarlıq: "O adama çatdırın ki..."

ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin müharibə hədələrinə sərt cavab verib.

Qaynarinfo xəbər verir ki, "Truth Social” platformasında çıxış edən Tramp Medvedevin hədələrinə kəskin reaksiya göstərərək, bu cür bəyanatların təhlükəli olduğunu bildirib.

"Rusiyanın sabiq prezidenti Medvedevə, özünü hələ də prezident sayan adama çatdırın ki, sözlərinə fikir versin. O, çox təhlükəli əraziyə girir!" – deyə Tramp bəyan edib.

Trampın Rusiyaya qarşı "Ukraynada müharibənin bitməsi üçün 10 günlük” yeni ultimatumu gözlənildiyi kimi Kreml rəsmilərini qəzəbləndirib. Bu çağırışa ilk reaksiya verənlərdən biri məhz Dmitri Medvedev olub.

Skandallı tonda çıxış edən Medvedev Trampı guya "müharibəyə doğru addım atmaqda” ittiham edib və onu sələfi Co Baydenin yolu ilə getməməyə çağırıb.

Daha əvvəl Medvedevin açıqlamasına ABŞ senatoru Lindsi Qrem də cavab vermişdi:

"Rusiyada elə düşünənlərə ki, Trampın Rusiya ilə Ukrayna arasındakı qan tökülməsini dayandırmaq istəyi ciddiyə alınmamalıdır – siz çox tezliklə təəssüf ki, yanıldığınızı anlayacaqsınız... Sülh danışıqları masasına əyləşin", – deyə Qrem 29 iyulda X sosial şəbəkəsində yazmışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->