Rusiya Premyer Liqasında "Rubin"in bombardiri olmuş Gökdeniz Karadeniz sabiq komandasına məşqçi kimi qayıdıb.
Qaynarinfo-nun məlumatına görə bu barədə klubdan rəsmi açıqlama verilib. Açıqlamada Karadenizin 2-ci Liqada mübarizə aparacaq "Rubin-2"nin baş məşqçisi vəzifəsinə təyin edildiyi açıqlanıb.
Keçmiş futbolçu açıqlamasında, "Rubin emblemini bir daha taxmaq mənim üçün böyük şərəfdir. Futbolçu kimi karyeramın ən yaxşı illərini burada keçirdim və özümü meydançaya verdim. İndi kluba yeni formada kömək etməyə çalışacağam” - sözlərini deyib.
Səbuhi Həsənov
Şərhlər