Xəbər lenti

Məcburi hərbi çağırış olacaqmı? - NATO rəhbərindən açıqlama
Dünya 15:55 06.07.2025

Məcburi hərbi çağırış olacaqmı? - NATO rəhbərindən açıqlama

NATO-nun baş katibi Mark Rutte Avropada məcburi hərbi çağırışın tətbiq olunub-olunmayacağı ilə bağlı "The New York Times" qəzetinə açıqlama verib.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu qərarı yalnız ayrı-ayrı ölkələr verməlidir.

"Xeyr, xeyr, bu qərarı yalnız milli hökumətlər qəbul etməlidir. Bəzi ölkələr bu yola gedəcək. Məsələn, Finlandiya artıq məcburi hərbi xidmət tətbiq edir. Digər ölkələr bunu etməyəcək, lakin bu o deməkdir ki, ümumilikdə biz hərbi formada xidmət edən kişi və qadınlara yüksək maaşlar verməliyik", deyə Ritte bildirib.

O qeyd edib ki, NATO üçün daha ciddi problem hərbi sənaye istehsalı ilə bağlıdır. Rittenin sözlərinə görə, alyansın rusları, şimalkoreyalıları və ya NATO-ya hücum etmək istəyəcək istənilən digər qüvvəni çəkindirmək üçün kifayət qədər silah istehsal etmək gücü yoxdur.

NATO baş katibi vurğulayıb ki, hazırda bu sahədə sürətlə iş aparılır.

Müsahibə zamanı Mark Rutte Rusiyanın 5–7 il ərzində Estoniyaya hücum edə biləcəyi ehtimalına da toxunub. O bildirib ki, NATO belə bir ssenariyə qarşı bütün planlara malikdir:

"Mən bütün detalları açıqlaya bilmərəm, çünki Vladimir Putin bu verilişlərə baxır. Amma bizim təkcə planlarımız yox, həm də bu planları həyata keçirmək üçün kifayət qədər insan və hərbi texnikamız olmalıdır. Məhz buna görə də müdafiəyə daha çox vəsait ayırmalıyıq. Amma bu, o demək deyil ki, estonlar tək buraxılıb – NATO-nun bütün gücü, o cümlədən ABŞ-ın tam dəstəyi köməyə gələcək".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->