Xəbər lenti

İki sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəldi
İdman 23:16 04.07.2025

İki sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın iki sərbəst güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatının finalına yüksəlib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Vasif Bağırov (57 kq) türkiyəli Nurettin Kapala (tuş) və macarıstanlı Karoli Barata (10:0) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Vasif yarımfinalda moldovalı Yon Bulqaruya da heç bir şans tanımayıb – 8:1. Ardıcıl 2-ci dəfə qitə birinciliyinin finalına vəsiqə qazanan Bağırov sabah həlledici görüşdə gürcüstanlı Nika Zanqaladzeylə güləşəcək.

Hacı Kərimov (65 kq) debütdə italiyalı Alessandro Ninini minimal fərqlə (4:3) üstələsə də, 1/4 finalda gürcüstanlı Lazare Qujaraidzeyə "tuş”la uduzub.

İsmayıl Rəhimli (70 kq) macarıstanlı Jozef Tota tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Remzi Temura məğlub olub – 0:4.

Muradxan Omarov (79 kq) türkiyəli Huseyin Kabaktaşa 5:2 və ermənistanlı Narek Nikoqosyana 7:3 hesabıyla qalib gələrək yarımfinala adlayıb. Muradxan yarımfinalda avstriyalı Muxammad İnşapiyevi çətinlik çəkmədən məyus edib – 11:0. Omarov sabah finalda gürcüstanlı Davit Çetçelaşviliylə qarşılaşacaq.

Rəvan Musayev (97 kq) türkiyəli İbrahim Beneklini (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı Konstantin Petriaşviliyə 4:12 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Rəvan sabah təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiylə üz-üzə gələcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->